“Ruhaninin səfəri İranla Ermənistan arasında bir daha qardaşlıq münasibətlərinin olduğunu sübut edir - DEPUTAT

  • By admin
  • 19 Dekabr 2016 13:10
asim
Prezident Həsən Ruhaninin İrəvana nəzərdə tutulan səfəri  bir daha İranla Ermənistan arasında  dostluq və qardaşlıq münasibətlərinin olduğunu sübut edir.
Bunu Gununsesi.info-ya açıqlamasında millət vəkili Asim Mollazadə deyib.
 Onun sözlərinə görə, Ruhaninin İrəvana səfəri planlaşrılmış səfərdir və bu səfəri bir daha işğalçıya verdiyi dəstək kimi dəyərləndirmək olar.
“İran prezidentinin Ermənistana səfəri bir daha onu deməyə əsas verir ki, bu ölkənin Fələstinlə  və burada müsəlmanların hüquqlarının posulması ilə  ifadə etdiyi narahatlığın heç bir əsası yoxdur. Əgər İran siyasətində səmimidirsə, o zaman İrəvanla da siyasətində korret olmalı idi. Çünki Ermənistan da İranın müsəlman qonşusu olan ölkənin ərazisini işğal edib və  bu işğal faktı nəticəsində  yüzminlərlə insan  öz ata yurdlarından didərgin düşüb. İran işğalçını qınamaq və ona təzyiq etmək əvəzinə, hər vasitə ilə  işğalçıya dəstək verir”– deyə, millət vəkili vurğulayıb.
A.Mollazadə deyib ki, bu gün İran Rusiyadan da artıq formada Ermənistana dəstək verir:
“Bunu bu gün İranın iqtisadi və enerji cəhətdən Ermənistan göstərdiyi dəstəyi ortaya qoymaqla, sübut etmək olar. Demək olar ki, Ermənistanın bu gün yaşamasına və işğalçılıq siyasətini davam etdirməsinə dəstək verənlərdən də biri İrandır. Hansı ki, bu işğalçı ölkə müsəlman torpaqlarını işğal edib və müsəlmanları öz yurdlarından didərgin salıb. Odur ki, bu gün İran-Ermənistan münasibətləri iranlı parlamentarinin dili ilə desək “bir millət, iki dövlət” prinsipi əsasında  qurulub. O baxımdan  bu gün  İran-Ermənistan münasibətləri islami dəyərlərə yox, konkret  geostrateji  maraqlara əsaslanır. Və bu münasibətlər çox səmimi pirinsiplər əsasında qurulub”- deyə, millət vəkili əlavə edib.
 Millət vəkili onu da bildirib ki,  bu iki ölkə arasındakı səmimi münasibətləri təsdiq etmək üçün heç uzağa getməyə də ehtiyac yoxdur:
“ Bu gün Ermənistanın bütün bölgələrində İranın yük və enerji daşıyan maşınlarına rast gəlmək olar. Hətta,  İranın yük və enerji daşıyan maşınlarına Azərbaycanın işğal olunmuş ərazilərində, Qarabağda da rast gəlmək olar”.
Gununsesi.info