Ruhi Əliyevaya “Şəms” Milli Mükafatı verildi - VİDEO

  • By admin
  • 25 May 2023 21:30

Bakı şəhər Mədəniyyət Baş İdarəsi və “Emedia Group” məni “Şəms” Milli Mükafatı ilə ödülləndirdi. Mükafatlandırma mərasimi Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə və Müstəqillik Gününə həsr olunmuşdu.

Gununsesi.info xəbər verir ki, bunu tanınmış iş adamı Ruhi Əliyeva özünün sosial şəbəkə hesabında yazıb:
“Zəhmətimə, fəaliyyətimə verilən yüksək dəyər, diqqət məni nə qədər qürurulandırdısa, mükafatlandırmanın dahi şəxsiyyət, Ulu Öndərimiz Heydər Əliyevin 100 illik yubileyi və müstəqilliyimizin ildönümünə həsr olunması bir o qədər şərəfləndirdi. Aldığım ödülün mənim üçün mənəvi dəyərini birə min qat artırdı.

Üstəlik ölkənin ictimai-siyasi, iqtisadi, mədəni, ədəbi mühitində özünəməxsus ad qoyan, qatqısı olan ziyalılar – siyasət, sənət, ədəbiyyat, tibb və digər sahələrdə adı fəxrlə çəkilən insanların sırasında adımın qeyd olunması mənim üçün böyük ruh yüksəkliyi, sonsuz dəyər və eyni zamanda ciddi məsuliyyətdir.
Məni bu mükafata layiq görən hər kəsə – Bakı şəhər Mədəniyyət Baş İdarəsinə, “Şəms” Milli Mükafatının təsisçilərinə dərin təşəkkürümü bildirir, ödül alan hər kəsi ürəkdən təbrik edirəm”.

Gununsesi.info