Azərbaycanın tanınmış biznes leydisi Ruhi Əliyeva holdinq yaradıb. Gununsesi.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Liatris” adlanan şirkətin ötən gün açılışı baş tutub.
Tədbirdə iş adamları, incəsənət nümayəndələri və media təmsilçiləri iştirak edib. Holdinqin rəhbəri Ruhi Əliyeva isə mətbuata açıqlamasında şirkətin faəliyyəti barədə danışıb:
“Holdinqin tərkibində çox şeylər olacaq. Məsələn, moda ilə bağlı çox geniş bir layihəmiz var. Bilirsiz ki, zinət əşyalarının satışını həyata keçirən butikimiz var. Yenə də, onun bir qolu olaraq moda sahəsi ilə bağlı işlər görəcəyik. İnanıram ki, üzümüzə gələn il açılışını edəcəyik. Hələ tam açıqlamaq istəmirəm.
İş xanımı tibbi turizmin faydalarından söhbət açıb: ““Liatris” Turizm şirkəti Türkiyədə müayinə və müalicə xidmətlərinin yüksək səviyyədə təşkilatçılığını həyata keçirir. Əgər sizin sağlamlığınızla bağlı şikayətləriniz varsa və yerli xəstəxanalarda istədiyiniz nəticəni ala bilmirsinizsə, aşağıdakı formu dolduraraq öz şikayətlərinizi bizə yazın. Biz sizə müvafiq sahə üzrə Türkiyədə ixtisaslaşmış xəstəxanaların ən təcrübəli həkimlərindən pulsuz tibbi rəy alacağıq.
Beynəlxalq standardlarda xidmət göstərən tibb müəssisələrində endirimli qiymətlərlə müayinə və müalicə xidmətlərindən yararlana bilərsiniz. Belə ki, bizim müştərilərimizə təklif edilən qiymətlər xəstəxanaya fərdi müraciət əsasında alınan qiymətlərdən daha münasibdir. Onu da qeyd edim ki, tibbi konsultasiya, transfer, tərcümə-bələdçilik xidmətlərinə görə müştərilərimizdən əlavə ödəniş tələb edilmir. Xaricdə müalicə olunmaq istəyən insanların nəzərinə çatdırırıq ki, artıq “Liatris” Travel şirkəti Israil, Almaniya və həmçinində Türkiyədə müayinə və müalicə xidmətlərinin yüksək səviyyədə təşkilatçılığını həyata keçirir”.
Ünvan: Bakı, Nəsimi rayonu, Həzi Aslanov küçəsi 14
Əlaqə: (+994 12) 498-1777
(+994 55) 260-1777
*1777
İnstaqram: @liatris_travel