Məşhurlar xeyriyyə üçün bir araya gəldilər  - Fotolar

  • Müəllif: admin
  • 30 İyun 2018 13:45

Məşhurlar xeyriyyə üçün bir araya gəldilər

Ötən gün azərbaycanı incəsənət nümayəndələrinin iştirakı ilə xeyriyyə tədbiri təşkil olunub. Konsert Trombosit purpura xəstəliyindən əziyyət çəkən Murad Nuriyevə yardım üçün həyata keçib.  

Zümrüd Bədəlova və Arzu Həmzəyevanın aparıcılıq etdiyi xeyriyyə yığıncağına Sevil-Sevinc Səfərova, Emil Bədəlov, Günay İbrahimli, Roza Zərgərli və başqaları qatılıb. Tədbirdə 5 min manata yaxın pul yığılaraq M. Nuriyevin ailəsinə verilib.

 Həmçinin, həmin gün “Liatris” Holdinqin tərkibində “News24.az” xəbər portalının təqdimetmə mərasimi baş tutub.