Ruhi xəstə özünü öldürmək istədi – Bakıda

  • By admin
  • 20 Mart 2017 19:12

xestexana-1

 

Bakının Sabunçu rayonunda 34 yaşlı kişi intihara cəhd edib.

Teleqraf.com xəbər verir ki, hadisə şəhər şosesi döngə 5-də qeydə alınıb. Həmin ünvanda yaşayan 34 yaşlı Nəzər Nuriyev intihar etmək məqsədilə qarın nahiyyəsinə bıçaqla çoxsaylı xəsarətlər yetirib.

O, bıçaq xəsarəti ilə 3 saylı şəhər xəstəxanasına gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Nəzər Nuriyevin ruhi xəstə olduğu bildirilir. Bundan əvvəldə 4 dəfə intihara cəhd etdiyi qeyd edilir.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info