Rumıniya “F-35” döyüş təyyarələri alacaq.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Rumıniya Parlamenti 32 ədəd “F-35” döyüş təyyarələrinin alınmasını təsdiqləyib.
Təklif bu ölkənin Milli Müdafiə Nazirliyi tərəfindən Parlamentə təqdim edilib.
Rumıniyanın hava müdafiəsini gücləndirməyi hədəfləyən Lockhed Martin döyüş təyyarələrinin ilk etapının satın alınmasına başlanılacaq.
Satışın qiyməti 6,5 milyard dollar olaraq dəyərləndirilir.
Tələbdə Milli Müdafiə Nazirliyinin tələbində 16 təyyarədən ibarət 1 donanmanın satın alınması ehtimalı da var.
Rumıniyanın Milli Müdafiə Naziri Anqel Tilvar imzaladığı sənəddə alınacaq “F-35” savaş təyyarələrinin beşinci nəsil olacağını vurğulayıb.
Tərcümə: Arzu