Rumıniya prezidenti NATO-nun baş katibliyinə namizədliyini irəli sürdü

  • By admin
  • 13 Mart 2024 08:44

Rumıniya prezidenti Klaus İohannis NATO-nun baş katibi postuna namizədliyini irəli sürüb.

Gununsesi.info xəbər verir ki, İohannis ölkəsinin NATO-ya daxil olmasının 20-ci ildönümü münasibətilə verdiyi açıqlamada deyib.  “Mən Rumıniya adından bu namizədliyi tam məsuliyyətlə qəbul edirəm və bu qərar Rumıniyanın iki prezidentlik dövründə mənim təcrübəmə əsaslanır”, – deyə o bildirib.

NATO üzvlüyünün ölkəsinə “tarixdə ən güclü təhlükəsizlik təminatlarını” verdiyini vurğulayan İohannis əlavə edib ki, “Bu təhlükəsizlik zəmanətləri heç vaxt indiki qədər vacib olmayıb”. “Biz təhlükəsizlik baxımından onilliklərin ən çətin dövrlərini yaşayırıq, lakin biz rumınlar NATO üzvü olduğumuz üçün özümüzü təhlükəsiz hiss edirik”.

O qeyd edib ki, hakimiyyətdə olduğu müddətdə NATO-nun ümumi daxili məhsulun (ÜDM) ən azı 2 faizini müdafiəyə xərcləmək məqsədinə nail olub və nəticədə 2,5 faiz təşkil edib.

Beləliklə, İohannis NATO-nun baş katibi postu uğrunda Hollandiyanın baş naziri Mark Rutteyə rəqib olub.

 

Gununsesi.info