Rumıniya Rusiya baş nazirinin müavininin olduğu təyyarəni Moldovaya buraxmad

  • By admin
  • 28 İyul 2017 17:52
1487512106
Rumıniya hökuməti  Rusiya baş nazirinin müavini Dmitriy Roqozinin olduğu sərnişin təyyarəsini  öz hava məkanını pozmağa və  Moldovanın paytaxtı Kişniyova aeroportuna enməsinə icazə verməyib.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiyanın Moldovadakı səfiri  Farid Muxametşin RİA-Novostiyə açıqlaamsında deyib.
Onun sözlərinə görə,  Rumın hökuməti təyyarənin enməsinə imkan vermədikdən sonra təyyarə geri dönüb və hazırda rusiya hökuməti harada enməsi barədə qərar verəcək.
“Flightradar24.com”un yazdığına görə,  Moskvadan Kişniyova uçan S7157 reysini yetirən  təyyarə Rumıniya və macarıstan üzərində bir neçə dəfə dairə vurduqdan sonra Rusiya istiqamətinə uçub.
 
Baş nazirin müavini D. Roqozin öz Twitter səhifəsində yazıb ki, Kişniyov Rusiya nümayəndə heyətinin uçduğu təyyarənin uçuşundan imtian etmək istədi. Baş nazirin müavini Dmirtiy Roqozinin başçılıq etdiyi nümayəndə heyəti bu gün Moldovadan qondarma Dnestryanı Respublikaya getməyi planladırıblarmış. D. Roğozin Dnestryanı Respublikada sülhməramlı əməliyyatalrın 25 illiyinə həsr olunmuş toplantıda iştirak etmək, həmçinin Moldova prezidenti və tanınmamış Dnestryanı Respublikanın lieri ilə üçtərəfli formatda görüşməyi planlaşdırıb.
Moldovanın  xarici işlər və avropaya inteqrasiya naziri D. Roqozinin bu səfərini təxirə salmağı salmağı təklif edib. Guya Rusiya nümayəndə heyəti hərbi təyyarədə səfər edəcəkmiş. Moldova prezidenti İqor Dodon isə  nazirliyin bu qərarını  iki ölkə arsında dostluq münasibətlərinə xələl gətirən hərəkət kimi dəyərləndirib.
Bununla belə bu ərəfədə Rusiyadan tanınmamış Dnestraynı Respublikaya gələn incəsənət adamlarını və siyasiləri buraxmayıblar.
D. Roqozin baş verən hadisələri Moldova hökuməti üçün yaxşı olmayan və utanc bir  hadisə kimi dəyərləndirib.
Gununsesi.info