Rumıniya təmsilçisi “Avroviziya 2024” beynəlxalq mahnı müsabiqəsində iştirak etməyəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə “Avroviziya”nın ölkədəki rəsmi yayımçısı TVR məlumat yayıb.
Televiziya şirkətinin direktorlar şurası maliyyə çətinlikləri və Rumıniyanı digər ölkələrlə rəqabət aparmaq üçün lazımi performans səviyyəsində təmsil edə bilməməsi səbəbindən ölkənin müsabiqədən çıxması barədə qərar qəbul edib.
Qeyd edək ki, “Avroviziya 2024” təmsilçisi 2023-cü il müsabiqəsinin qalibi olan İsveçin Malmö şəhərində keçiriləcək.
Son illər müxtəlif səbəblərdən Macarıstan, Türkiyə, Bolqarıstan, Monteneqro, Slovakiya, Bosniya və Herseqovina və Şimali Makedoniya “Avroviziya”da iştirakdan imtina ediblər.
Gununsesi.info