Rumıniya yığmasının baş məşqçisi: Bizim əla komandamız var

  • By ilhame
  • 17 İyun 2024 20:37

Bizim əla komandamız var.

Gununsesi.info-nun məlumatına görə, bunu Rumıniya millisinin baş məşqçisi Edvard Yordanesku Avropa çempionatının qrup mərhələsinin I turunda Ukraynaya 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.

Mütəxəssis fantastik oyun sərgilədiklərini bildirib: “Oyunçularımı təbrik edirəm. Bu, sadəcə olaraq inanılmazdır. Dünyadakı hər bir rumıniyalıya təşəkkür etmək istərdim. Bilirəm ki, onlar bu gün bizimlə idilər”.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

Gununsesi.info