Rumıniyanın futbol üzrə gənclərdən ibarət milli komandasını daşıyan avtobus yük maşını ilə toqquşub, nəticədə azı 20 nəfər xəsarət alıb. Gununsesi.info saytı xəbər verir ki, bu barədə Rumıniya FHN-nin məlumatında bildirilir.
Məlumata görə, qəza Hunedoara rayonunda baş verib. Yük maşını yol hərəkəti qaydalarını pozaraq, qarşı zolağa çıxıb və avtobusla toqquşub.
Avtobusda qəza zamanı 17-26 yaşlarında 18 gənc olub. Komanda Deva şəhərində keçiriləcəyi planlaşdırılan matça yollanırmış.
Gununsesi.info