Fransanın komandanlığı altında NATO-nun ilk daimi döyüş qrupu Rumıniyada yerləşəcək.
Gununsesi.info xəbər verir ki, bunu NATO Baş katibinin müavini Mirça Coana “Digi 24” telekanalına müsahibəsində bildirib.
Coana xatırladıb ki, 2014-cü ildən sonra NATO üç Baltikyanı ölkədə və Polşada dörd belə döyüş qrupu yaratmağa qərar verib.
“NATO Qara dəniz zonasında ilk dəfə olaraq döyüş qrupu yaradır”, – NATO Baş katibinin müavini qeyd edib.
Gununsesi.info