Rumıniyada parlament seçkiləri sona çatdı - Sosial-demokratlar qələbə qazandı - YENİLƏINİB

  • By admin
  • 12 Dekabr 2016 08:30

vib

 

Bu gün Rumıniyada parlament seçkiləri keçirilir.

Gununsesi.info-nun “İnterfaks”a istinadən verdiyi məlumata görə, ölkədə 1254 seçki məntəqəsi yerli vaxtla saat 07:00-dan saat 23:54-ə qədər fəaliyyət göstərəcək.

Seçkilərdə 11 partiya iştirak edir. Ümumilikdə 6 min 500 namizəd Deputatlar Palatası və Senatda 466 yer uğrunda mübarizə aparır.

Səsvermədə 18 milyon insanın iştirakı gözlənilir.

***

Rumıniyanın nüfuzlu “Avangarde” sosial araşdırma agentliyinin məlumatına əsasən, Rumıniyanın iki palatalı parlamentinə dekabrın 11-də keçirilən seçkilərdə Rumıniya Senatına Sosial-Demokrat (PSD) Partiyası 45,2 faiz, Milli Liberal Partiyası (PNL) 21,8 faiz, Rumıniyanı Qoru Birliyi (USR) 8,9 faiz, Liberal və Demokratların Alyansı (ALDE) Partiyası 6,5 faiz, Xalq Hərəkatı (PMP) Partiyası 6 faiz, Rumıniya Macarların Demokratik Birliyi (UDMR) Partiyası 6 faiz səs toplayıb.

Deputatlar Palatasına isə Sosial-Demokrat (PSD) Partiyası 45,5 faiz, Milli Liberal Partiyası (PNL) 21,7 faiz, Rumıniyanı Qoru Birliyi (USR) isə 8,5 faiz, Liberal və Demokratların Alyansı (ALDE), Xalq Hərəkatı (PMP) və Rumıniya Macarların Demokratik Birliyi (UDMR) partiyaları hərəsi 6 faiz səs qazanıb.

Gununsesi.info