Rumıniyanın bəzi şəhərlərində magistral yollarda və dayanacaqlarda yük maşını sürücüləri etiraz aksiyası keçirir.
Gununsesi.info xəbər verir ki, bu barədə TASS Rumıniya KİV-ə istinadən məlumat yayıb.
Qeyd edilib ki, sürücülər yük maşınlarını mümkün qədər yavaş sürürlər. Oxşar etirazlar ölkənin Breila, Kluje-Napoka və digər şəhərlərində də keçirilir.
Etiraz aksiyasına səbəb avtonəqliyyat vasitələrinin icbari sığortasının bahalaşması, ödənişli yollarda gediş-gəliş tariflərinin artırılması, eləcə də sərhədlərdə yoxlamaların uzun sürməsidir.
Gununsesi.info