Rumıniyada Rixter cədvəli üzrə 5,4 bal güçündə zəlzələ baş verib.
Gununsesi.info Türkiyənin “Akşam” qəzetinə istinadən verdiyi xəbərə görə, təkanlar bu gecə Rumıniyanın Buzau şəhərində qeydə alınıb. Zəlzələ Bolqarıstan və Türkiyənin Kırklareli şəhərində də hiss edilib. Bu barədə xəbər Türkiyənin Fəlakətlərin və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) zəlzələ idarəsinin internet saytında yer alıb.
Zəlzələ yerli vaxtla gecə saat 02.20-da baş verib. Zəlzələnin ocağı 7.6 kilometr dərinlikdə yerləşib.
Hazırda dağıntı və tələfat barədə məlumat verilmir.
Anar
Gununsesi.info