Rumıniyalı deputat: “Türkiyədəki zəlzələ suni silahla edilib” -FOTO/VİDEO

  • By arzu
  • 17 Fevral 2023 22:34

Rumıniyanın millət vəkili Diana Lovanoviçin çıxışı Rumıniyada və Türkiyədə gündəmə çevrilib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, deputat Türkiyədəki dəhşətli zəlzələ fəlakətinin arxasında başqa detalların olduğunu söyləyib. Millət vəkili daha sonra bunları sölyəyib:

HTML tutorial

 

“Bu zəlzələ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı sevməyən biriləri tərəfindən suni olaraq edilmiş hücumdur. Daha artığı, Türkiyə ikinci böyük NATO üzvü olaraq Rusiya və Ukrayna arasında tərəfsiz qaldığı üçün belə bir hücumla üzləşdi. İkincisi birincisindən, daha böyük sarsıntı ilə meydana gələn zəlzələ bununla qalmadı. Daha 150 zəlzələ təkanı oldu.
Bu zəlzələ suni hücum nəticəsində gerçəkləşdirilib”.

Diana Lovanoviç bildirib ki, geoloji silahları suni zəlzələ olaraq işlədirlər.

“Türkiyənin neft boruları xətlərinə diqqətli baxsaq, əslində, hədəflərdən biri olan qaz-petrol boru xətləri ilə yarılmış olduğunu görərsiniz. Belə bir quyunun dağıdılması ilə “zəlzələ” yaradılıb”, – deyə millət vəkili vurğulayıb.

Digər tərəfdən, Rumıniyadan olan deputatın açıqlamasından sonra ölkəsində bilinməyən bir göy cismi vuruldu və ard-arda zəlzələlər yaşanmağa başladı.

Türkiyəli mütəxəssislər xanım deputatın açıqlaması ilə Amerikaya işarə etdiyini iddia edirlər.

 Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info