Rumıniyanın Müstəqillik Günü Bakıda qeyd edilib

  • By admin
  • 02 Dekabr 2022 11:41
Dünən Bakıda Rumıniya Respublikasının Müstəqillik Günü, eyni zamanda Rumıniya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir keçirilib.

Gununsesi.info-nun xəbərinə görə, Hilton otelində təşkil edilən mərasimdə Azərbaycan hökumətinin, parlamentinin və ictimaiyyət nümayəndələrinin, eləcə də Bakıdakı xarici ölkə səfirliklərinin təmsilçiləri iştirak edib.

Qonaqları salamlayan  Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare maraqlı bir xatırlatma edib.

HTML tutorial

Onun sözlərinə görə, Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə məhz Rumıniya olub: “Mən bunu ifadə etməkdən  məmnunluq duyuram”.

Səfir daha sonra Rumıniyanı Azərbaycanın yaxın dostu kimi xarakterizə edərək, bildirib ki, ölkəsi hər zaman suverenliyimizə hörməıt göstərib: “Rumınıya  beynəlxalq hüququn prinsiplərinə dayanaraq, bütün qonşuları ilə münasibətləri normallaşdırması ilə Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizlik mühitinin əldə edilməsinə yönəlmiş səylərində Azərbaycanın vicdanlı dostu, tərəfdaşı və dəstəkçisi olmuş və olmaqda davam edir”.

Azərbaycan və  region ölkələri ilə əməkdaşlığın müxtəlif formatlarda qurulduğunu bəyan edən səfir deyib ki, 2022-ci ilin əvvəlindən  Azərbaycan Respublikası ilə siyasi-diplomatik dialoqun gücləndirilməsi və sektorlararası əməkdaşlığın gücləndirilməsi üzərində fəal  iş aparılır.

Onun sözlərinə görə, artıq bu işlərin uğurlu nəticələri də var: ” 2022-ci ilin iyununda Birgə Hökumətlərarası İqtisadi Komissiyanın işi bərpa edilib. Energetika sahəsində Rumıniya və Azərbaycan Şərqi və Mərkəzi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə təsir göstərən, qarşılıqlı maraq doğuran Xəzər dənizinin Azərbaycan sahillərindəki alternativ mənbələrdən təbii qaz və elektrik enerjisinin nəqli kimi birgə böyük layihələr həyata keçirməyi təklif edirlər. Nəqliyyat və bağlantı sahəsində ölkələrimiz Bakı və Konstansa limanları vasitəsilə ideal coğrafi kəsişmə nöqtələri olan Avropa və Asiyanı birləşdirən Orta Dəhlizin konsolidasiyasında maraqlıdır”.

Tədbirdə Azərbaycan hökumətini  əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev təmsil edib.

Nazir çıxışında qeyd edib ki, dövlət başçılarımızın təşəbbüsləri sayəsində ölkələrimiz arasında münasibətlər ən yüksək səviyyədədir.

“Bu gün iqtisadi, ticari əlaqələrimiz geniş səpkidə inkişaf edir. Bu ilin 10 ayı ərzində Azərbaycanla Rumıniya arasında ticarət dövriyyəsi 2,3 dəfə artıb. Azərbaycanın Rumıniyaya qoyduğu investisiyanın həcmi 100 milyon dolları keçib. Hər iki ölkənin şirkətləri bir-birlərinin ərazisində aktiv fəaliyyət göstərir. Bundan başqa təhsil, sosial, mədəni sahədə də geniş əlaqələrimiz var” .


Əfsanə Uğur

Gununsesi.info