Rus əsgərləri Əfqanıstana girməyə hazırlaşır - Moskva Kabilə hərbi helikopter və qoşun göndərir

  • By admin
  • 18 İyun 2016 18:38
Russian arm in Afghanistan

Rusiya əsgərləri Əfqanıstana hazırlaşır. Gununsesi.info “Khama Press”-ə istinadən xəbər verir ki, Əfqanıstanın xarici işlər nazirinin müavini Hikmət Xəlil Kərzayi bu həftə Moskva səfəri zamanı Rusiyadan hərbi helikopter və təchizat üçün yardım istəyib. Müraciətdə əfqan əsgərlərin hərbi təlim bacarıqlarının artırılması maddələri də yer alıb.

Xəbərdə Kərzayinin “Hərbi sahədə əməkdaşlığı genişləndirmək üçün Rusiya Təhlükəsilik Şurasına bir istək göndərdik” ifadəsi yer alıb.

HTML tutorial

Bu arada, rus helikopter şirkətləri yetkinliləri də ftexniki xidmət üçün Əfqanıstanda yardım mərkəzi qurmağa hazır olduqlarını bildirib.

Rus helikopter şirkətinin rəsmisi Aleksandr Mikeyev Əfqan Hava Qüvvələrinə yardım etməyə hazır olduqlarını bildirib.

Arzu Səyyad

Gununsesi.info