Rusiyanın Ural Hava Yolları şirkəti işçilərini məcburi məzuniyyətə buraxıb.
Gununsesi.info xəbər verir ki, bu barədə şirkətdən RİA-ya məlumatı təsdiqləyiblər.
Bildirilib ki, məzuniyyətə buraxılan əməkdaşların əmək haqqının 2/3 hissəsinin ödənilməsi təmin ediləcək.
Məcburi məzuniyyətin nə qədər davam edəcəyi bilinmir.
Qeyd edək ki, sanksiyalar səbəbindən Ural Hava Yollarının xaricə bütün uçuşları ləğv edilib
Gununsesi.info