Rus balıqçının dənizdən çıxardığı ilginc canlılar - FOTOLAR

  • By admin
  • 10 May 2020 13:51
Dünyada aşkar edilməmiş minlərlə canlılar var. Okean və dənizdən tutulan bu cür canlılar isə insanları təəccübləndirir. 
Gununsesi.org Moderator.az-a istinadən xəbər verir ki, rus balıqçının tilovuna düşən balıq növləri də görənləri heyrətləndirib. Rusiyanın Murmansk şəhərində yaşayan və balıqçılıq edən Roman Fedortsov tutduğu nadir balıqların fotosunu çəkərək sosial şəbəkədə paylaşıb. R.Fedortsov şimal qütbündə yeganə buzlu limanı olan Muranskda gəmidə işləyir.
O, 2016-cı ildən tutduğu balıqların fotolarını sosial şəbəkədə paylaşmağa başlayıb və insanlar tərəfindən bu çox maraqla qarşılanıb. Onun instaqram səhifəsində 600 min izləyicisi var.
 
Gununsesi.org