Rus banklarına sanksiya Qərbə sərf edirmi? – ABRAMOV

  • By admin
  • 17 Yanvar 2022 23:00

Rusiya banklarına qarşı sanksiyaların tətbiqi onların təşəbbüskarları üçün problemə çevriləcək, çünki xarici kapital tez-tez Rusiya kredit təşkilatlarının işində iştirak edir.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya Federasiya Şurası İqtisadi Komitəsinin rəhbərinin müavini İvan Abramov deyib.

HTML tutorial

“İstənilən halda bizim bank sistemimiz ayaqda qalacaq, onun müəyyən təhlükəsizlik marjası var”, – o qeyd edib.

Abramov onu da vurğulayıb ki, qlobal maliyyə sistemi nəzərə alınmaqla Rusiya banklarına qarşı birtərəfli sanksiyaların tətbiqi xarici kredit təşkilatlarının fəaliyyətinə də mənfi təsir göstərəcək.

Gununsesi.info