Ukrayna rusiyalı iş adamı Əlişir Usmanova məxsus 2 milyard qrivna (təxminən 54,35 milyon dollar) dəyərində dəmir filizini ələ keçirib.
Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilir ki, aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində 160 min tondan çox dəmir filizi yeraltı anbarlarda aşkar edilib.
“Aşkar edilmiş dəmir filizinin rusiyalı oliqarx Əlişir Usmanovun şirkətinə məxsus olduğu müəyyən edilib”, – məlumatda deyilir.
Qeyd olunur ki, müsadirə edilmiş əmlak üzərinə həbs qoyulub.
Gununsesi.info