Rus bölməsində müəllim çatışmazlığı yaşayırıq.
Gununsesi.info xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 29-da keçirilən brifinqdə deyib.
Nazir bildirib ki, hər il rus bölməsi üzrə elan olunan vakansiyalar boş qalır:
“Cəmiyyət elə bilir ki, rus bölməsində oxumaq daha yaxşıdır. Azərbaycan məktəblərində Azərbaycan vətəndaşları üçün həmişə yer var. Hazırda 300-dən artıq məktəbimizdə rus bölməsi var. Müəllim çatışmazlığı səbəbindən bir məktəbdə 2 dildə bölmə saxlamaq çətindir”.
Gununsesi.info