“Rusiya Finlandiya hakimiyyətinin bir sıra qeyri-dost hərəkətlərinə cavab olaraq Finlandiya körfəzinin adını dəyişməlidir”.
Gununsesi.info publika.az-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Oleq Nilov deyib.
“Onun adının qaytarılması təklifi var – Nevski. 300 il əvvəl, 1723-cü ildə I Pyotr öz fərmanı ilə bu körfəzi Kronştadt adlandırıb”, – parlamentari xatırladıb.
Xatırladaq ki, noyabrın 18-də Finlandiya artıq Rusiya Federasiyası ilə sərhəddə 24 saat işləyən dörd nəzarət-buraxılış məntəqəsini bağlayıb. Respublika hakimiyyəti bu qərarı “milli təhlükəsizliyin təmin edilməsi” kimi müəyyən mülahizələrlə izah edib.
Noyabrın 22-də Finlandiya hökuməti yalnız ən şimaldakı keçid məntəqəsini açıq buraxmaq qərarına gəlib. Bir müddət sonra sığınacaq axtaranlar üçün Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlamaq qərarı verilib. Məntəqə dekabrın 13-dək işini dayandıracaq.
Gununsesi.info