Rus fanatının məktubuna 17 il sonra cavab verdi - FOTO / VİDEO

  • By admin
  • 21 Avqust 2019 12:54

1990-cı illərin ən məşhur siması, “Vəhşi mələk” serialındakı Milaqres obrazından tamaşaçılara yaxşı tanış olan əslən uruqvaylı aktrisa və müğənni Nataliya Oreyro 17 il sonra gözlənilməz sürprizlə qarşılaşıb.

Gununsesi.org xəbər verir ki, Penza vilayətinin Saltıkovo kəndindən olan 12 yaşlı Olya çox sevdiyi və fanatı olduğu Nataliyaya qeyri-adi məktub ünvanlayıb. Olya ürək sözlərini bir vərəqə yazaraq, onu şüşə qaba yerləşdirib və suya buraxıb. O vaxtdan 17 il ötüb. Qızın ağlının ucundan da keçməzdi ki, uşaqlıqda pərəstiş etdiyi müğənni ona illər sonra cavab verəcək. Ancaq bu yaxınlarda əsl möcüzə baş verib.

İçində məktub olan şüşə qabı qonşu kəndin sakini Yevgeniya Serdobska balıq tutduğu zaman qamışlıqda aşkar edib. Məlum olub ki, şüşə qab 12 kilometr məsafəni qət edib, sonra qamışlığa düşüb. Şüşənin içindəki məktubu görən Yevgeniya onu açıb oxumaq qərarına gəlir. Olyanın səmimi qəlbdən yazdığı sətirləri oxuyan Yevgeniya o qədər heyrətlənir ki, bu hekayəni bütün mediaya danışır. Bir sözlə, bu hekayə ictimailəşərək, sərhədləri aşır.

Nəticədə əhvalat Nataliya Oreyronun qulağına çatır. Aktrisa onu sevən rus fanatına videomesaj yollamaq qərarına gəlir.

“Özün ol və lütfən, müğənniliyini dayandırma! Bəlkə də bir gün birlikdə oxuduq!” – deyə Nataliya fanatı olan Olyaya səslənib.

 

Gununsesi.org