Rus gənclərini müharibəyə səsləyən Solovyovun oğlu dırnaqlarını rəngləyib, modaya çıxır - FOTOLAR

  • By admin
  • 13 Fevral 2023 00:11

Vladimir Putinin təbliğatçısı kimi tanınan Vladimir Solovyov bu dəfə xarici medianın diqqətini dırnaqlarını rəngləyən oğlu ilə cəlb edib.

Gununsesi.info-nun Ukraynanın telegram kanallarına istinadən verdiyi xəbərə görə, Solovyovun oğlu Daniel Solovyov model agentliklərinin biri ilə müqavilə bağlayıb.

Bu barədə gənc modelin fotolarını yayan Ukrayna mediası yazır ki, Solovyov rusların övladlarını “müqəddəs borcunu yerinə yetirməyə” göndərdiyi halda, oğlu Daniel dırnaqlarını rəngləyir və “hələ də Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlaya və Donbasın müdafiəsinə gedə bilmir, çünki o, artıq müqavilə imzalayıb. Amma bu müqavilə model agentliyi ilə bağlanıb” deyə yazılır.

Fotolarda oğlanın  CONTORA lisovets brendi üçün çılpaq bədənli və dırnaqları boyanmış pencəkdə pozalar verir.

Tərcümə:

Afət Abbasova