Rus general həbs olundu - Ukraynadakı müharibəyə görə

  • By admin
  • 01 Aprel 2022 10:37

Rusiya Milli Qvardiyası direktorunun birinci müavini, general-mayor Roman Qavrilov işdən çıxarılıb və həbs olunub.

Gununsesi.info milli.az-a istinadla xəbər verir ki, R.Qavrilov Rusiya Milli Qvardiyasının (RMQ) xüsusi təyinatlı qüvvələrinə rəhbərlik edirdi.

İlkin məlumatlara görə, R.Qavrilovun cəzalandırılmasının səbəbi RMQ xüsusi təyinatlılarının Ukraynadakı hərbi əməliyyatlarda “qənaətbəxş olmayan” fəaliyyətidir.

RMQ-nın rəsmi saytında R.Qavrilov barədə məlumatlar yığışdırılıb.

Gununsesi.info