
Gununsesi.info xəbər verir ki, bu barədə “The New York Times” kəşfiyyat məlumatlarından xəbərdar olan ABŞ rəsmilərinə istinadən yazır.
Qəzet qeyd edir ki, Vaşinqton indi Surovikinin Priqojinə üsyanı planlaşdırmağa kömək edib-etmədiyini müəyyən etməyə çalışır.
NYT-nin məlumatına görə, Priqojinin Müdafiə Nazirliyinin rəhbərliyini zorla dəyişdirmək cəhdini digər Rusiya generallarının da dəstəklədiyinə dair əlamətlər var. ABŞ-ın indiki və keçmiş rəsmiləri bildiriblər ki, Priqojin yüksək rütbəli generalların onu dəstəkləyəcəyinə inanmasaydı, üsyanı başlamazdı.
Qəzetin yazdığına görə, indi Vladimir Putin general Surovikinin Priqojinə kömək etdiyinə inanıb-inanmadığına və buna necə cavab verəcəyinə qərar verməlidir. Rəsmilər və analitiklərin fikrincə, Surovikinin “Vaqner” özəl hərbi şirkətin sahibinə kömək etdiyinə dair sübutlar varsa, Putinin onu komandanlıqdan uzaqlaşdırmaqdan başqa yolu qalmayacaq.
“Vurğulamaq istəyirəm ki, Surovikin Rusiya Aerokosmik Qüvvələrinin komandanıdır və “Vaqner” 7+ təyyarə və helikopteri, o cümlədən silahlı olmayan bir neçəsini vurub. Əgər Rusiya Aerokosmik Qüvvələrinin komandanı tərəfindən aktiv şəkildə dəstəklənirsinizsə, bu qəribə haldır”, hərbi analitik Rob Li NYT nəşrinə şərh verib.
ABŞ-ın yüksək rütbəli rəsmiləri Priqojin və Surovikinin ittifaqı “Vaqner”in Moskvaya yürüşünə və Rostov-na-Donu ələ keçirməsinə baxmayaraq, Priqojinin niyə hələ də sağ qaldığını izah edə bilər.
“The New York Times” qeyd edir ki, ABŞ rəsmiləri general Surovikinin mövqeyinə xələl gətirən məlumatların ortaya çıxmasında maraqlıdır, çünki Vaşinqton onu digər generallardan daha bacarıqlı və qəddar hesab edir. Qəzet yazır ki, onun vəzifədən uzaqlaşdırılması Ukraynanın xeyrinə olacaq.
Qeyd edək ki, Sergey Surovikin Rusiya qoşunlarının Ukraynadakı qruplaşmasının keçmiş komandiridir, yanvarda müdafiə naziri Sergey Şoyqu onu Ukraynadakı qüvvələr komandanının müavini vəzifəsinə endirib, yerinə isə Baş Qərargahın rəisi Valeri Gerasimov təyin edib. Surovikin Müdafiə Nazirliyini tənqid edən Priqojinin mütəmadi olaraq təriflədiyi generallardan biri idi.
Gununsesi.info