Rusiyanın Belqorod vilayətindəki hərbi hissədə atışma olub.
Gununsesi.info-nun məlumatına görə, bu barədə rus “Telegram” kanalları məlumat yayıb. Məlumata görə, 22 əsgər öldürülüb, 16-sı yaralanıb.
Hadisəni kimlərin törətdiyi barədə 2 iddia var: birincisi, 3 nəfər tacik əsgərin rusları güllələməsi; ikincisi, Ukrayna kəşfiyyat-diversiya qrupunun hücumu.
Təsdiq olunmamış xəbərlərə görə, atəş açanlardan 2-ci öldürülüb, 1-i qaçıb.
Olaydan bir neçə saat sonra Rusiya MN rəsmi məlumat yayıb. Deyilir ki, hadisəni MDB ölkələrindən birinin 2 vətəndaşı törədib və 11 nəfər ölüb, 15-i yaralanıb.
Gununsesi.info