
Rus hərbi təyyarəsinin Ağ Evin, Pentaqonun və Kapitoliya binaları üzərindən keçməsinə aydınlıq gətirildi.
Gununsesi.info “Politoco”ya istinadən xəbər verir ki, Rusiyaya məxsus “Tu-154” hərbi təyyarəsinin Ağ Ev, Pentaqon, Kapitoliya və ABŞ-ın digər vacib dövlət binaları üzərində uçuşu açıq səma müqaviləsi çərçivəsində həyata keçirilib.
Bu barədə məlumat verən ABŞ Müdafiə Nazirliyinin təmsilçisi deyib ki, belə missiya mütəmadi olaraq həyata keçirilir. 72 saat ərzində rus müşahidəçilər zəruri məlumatlar göndəriblər. Bu zaman “Tu-154” hərbi təyyarəsində ABŞ Hərbi-Hava Qüvvələrinin nümayəndəsi də olub. “Ruslar adətən bizə hansı bina üzərindən uçmaq üçün təkliflərini verirlər. Biz də müəyyən istisnalarla təkliflər əsasında uçuş planlarını hazırlayırıq. Bu istisnalar da bəzi obyektlərin təhlükəsizliyi və yaxud hava şəraiti ilə bağlı olur. Onlar onsuz da hər zaman bütün ölkə ərazisində uçuş həyata keçirirlər”- ABŞ Müdafiə Nazirliyinin rəsmisi bildirib.
Gununsesi.info