
Suriyada Rus hərbçiləri ölüb. İyul ayında Rusiyanın Suriyadakı hərbi kontingenti , texnikası və aviasiyası itkiyə məruz qalıb. Gününsesi.info Rusiya Müdafiə Nzirliyinin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, Rus hərbçisi Nikita Şevçenko Hələb yaxınlığında həlak olub.
Məlumatda bildirilir ki, N.Şevçenko Hələb istiqamətində qida və su ilə hərəkət edən avtomobil karvanına nəzarət edəkən idarə etdiyi avtomobil minaya düşüb. Həkimlər hadisə yerində N. Şevçenkoya tibbi yardım göstərsələr də, onun həyatını xilas etmək mümkün olmayıb. Bu iyul ayında baş verən ilk hadisə deyil. Bir neçə gün öncə Rusiya ordusuna məxsus Mi-25 hərbi vertalyotu Palmirada İŞİD tərəfindən vurulub. Nəticədə pilot-konstruktor Rəfaqət Həbibullin və Yevgeniy Dolqin dünyasını dəyişib.
Gununsesi.info