Rus hərbçiləri ukraynalı jurnalisti güllələyib

  • By admin
  • 27 Fevral 2022 10:48

Xerson şəhərinin Zelenovka kəndi yaxınlığında Rusiya hərbçiləri ukraynalı jurnalisti güllələyib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukraynanın baş prokuroru İrina Venediktova bildirib. Həmin jurnalistin kimliyi hələlik açıqlanmayıb.

Onun sözlərinə görə, Xerson vilayətində magistral yolda yaralıları daşıyan təcili yardım maşını atəşə tutulub. Hadisə nəticəsində 64 yaşlı sürücü və yaralı əsgər yanıb.

Ukraynanın baş prokuroru qeyd edib ki, dinc əhaliyə qarşı ağır cinayət törədən şəxslər məsuliyyətdən yayına bilməyəcəklər.

Gununsesi.info