Rus işğalı bütün cəbhələrdə - İngilis kəşfiyyatı

  • By admin
  • 17 Mart 2022 13:16

Böyük Britaniya kəşfiyyatının məlumatına görə, Rusiyanın Ukraynaya müdaxiləsi “bütün cəbhələrdə əhəmiyyətli dərəcədə dayanıb”.

Gununsesi.info xəbər verir ki, bu barədə “Sky News” yazıb.

Ukrayna Müdafiə Nazirliyinin son icmalına görə, Rusiya qoşunları son günlər quruda, dənizdə və havada “minimal irəliləyiş” əldə edib.

Britaniya kəşfiyyatının əldə etdiyi məlumata görə, ruslar ağır itkilər verməyə davam edirlər və işğal əsasən bütün cəbhələrdə dayanıb. Eyni zamanda, məlumatda Ukraynanın müdafiəsi “qətiyyətli və yaxşı əlaqələndirilmiş” kimi xarakterizə edilib və ərazinin böyük əksəriyyətinin Ukraynanın əlində qaldığı bildirilib.

Gununsesi.info