Rus işğalı: İrpendə bir ailə məhv oldu

  • By admin
  • 07 Mart 2022 00:28

Ukraynanın İrpen şəhərində baş verən silahlı atışmalarda 8 dinc sakin həlak olub.

Gununsesi.info  xəbər verir ki, bu barədə şəhər meri Aleksandr Markuşin deyib.

“Bu gün avtobuslarla dinc sakinlərin Romanovka ərazisidə təxliyəsi həyata keçirildi və rus işğalçıları mülki şəxsləri atəşə tutdu. Bir ailə məhv oldu. Mərmi düşdü, 2 azyaşlı və 2 yetkin insan həlak oldu. Ümumilikdə 8 nəfər həyatını itirdi”, – deyə bildirilib.

Gununsesi.info