Rus jurnalistləri Fransada saxlanıldı

  • By admin
  • 15 İyun 2016 10:36

fra1 

Rusiya vətəndaşları Fransa polisinin hədəfindən düşmür. 

HTML tutorial

Fransanın Lil şəhərində rusiyalı jurnalistlər həbs olunub. Hadisə ötən gün azarkeşlərlə bağlı insidentdən sonra baş verib. Gununsesi.info-nun  “Ria Novosti”yə istinadən verdiy məlumata görə, bir qrup rusiyalı KİV əməkdaşı 20 nəfər polis jandarmı tərəfindən mühasirəyə alınıb. Onların passportları, akreditasiya sənədləri alınaraq yoxlanılıb. Mənbənin verdiyi məlumata görə, jurnalistlər peşə borclarını yerinə yetirərkən həbs olunub. İngilis azarkeşlərinin Rusiya tərəfdarlarına hücum etdiyini çəkərkən fransız polisi tərəfindən yaxalanıblar.

Bundan öncə Rusiya yığması azarkeşlərinin avtobusu hərəkətdə olarkən xüsusi təyinatlılar tərəfindən ələ keçirildiyi bildirilib. Fransa polisi avtobusdakı sərnişinləri tək-tək yoxlayıb. Bildirilib ki, Marsel toqquşmasında iştirakı bilinən azarkeşlər həbs edilərək, məhkəmə qarşısında durmalı olacaq.