Rus komandiri Əsədə Putinin yanına getməyə imkan vermədi - FOTO+VİDEO

  • By admin
  • 12 Dekabr 2017 14:52

Rusiya prezidenti Vladimir Putinin Suriyaya səfəri zamanı maraqlı görüntülər ortaya çıxıb. Rus komandiri Əsədə Putinin yanına getməyə imkan verməyib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Putin Xmeymim hərbi bazasında suriyalı həmkarı Bəşər Əsədlə təkbətək görüş keçirib.

Daha sonra Putin rusiyalı əsgərlərlə görüşə yollanıb. Əsəd ona yaxınlaşmaq, birlikdə getmək istəyərkən rus zabiti onun qolundan tutaraq Putinlə getməyə imkan verməyib. Rusiyalı hərbçinin bu hərəkətindən pərt olan Əsəd yerində dayanıb.

Gununsesi.info