Rus komandiri qətlə yetirildi

Rusiyanın Kroasnodar şəhərinin administrasiyasının səfərbərliklə iş üzrə şöbəsinin rəis müavini Stanislav Rjitski güllələnərək qətlə yetirilib.

Gununsesi.info xəbər verir ki, dünən səhər saatlarında şəhər parkında qaçış edən S.Rjitskiyə “Makarov” tapançasından 7 dəfə atəş açılıb.

O, B-265 tipli “Krasnodar” dizel-elektrik sualtı qayığının komandiri idi.

42 yaşlı S.Rjitskinin meyii Bereqavaya küçəsinin yaxınlığında tapılıb.

O, 2022-ci iltin iyul ayında “Kalibr” raketləri ilə Ukraynanın Vinnitsa şəhərinin atəşə tutulmasında iştirak etmişdi.

Həmin raket zərbələri nəticəsində 27 nəfər dinc sakin həlak olmuşdu.

S.Rjitskinin Ukraynanın xüsusi xidmət təşkilatlarının əməliyyatı nəticəsində qətlə yetirildiyi vurğulanır.

 

 

Şəbnəm

Gununsesi.info