Rus milyarder xilas üçün Rotşildlərə müraciət etdi

  • By admin
  • 04 İyun 2018 13:52

Rusiyanın “En+Qrup” şirkəti milyarder Oleq Deripaskaya aid şirkət səhmlərinin bir hissəsinin satılması işini “Rotşild” investisiya bankına tapşırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı “Faynənşıl Tayms” qəzeti yayıb. Deripaskanın “En+Qrup”dakı səhmlərinin həcmini 66%-dən 50%-ə endirməyi planlaşdırdığı bildirilib. Bununla Deripaskanın şirkətin direktorlar şurasına təsirini zəiflədiləcəyi açıqlanıb.

Qeyd edək ki, bu şirkət Deripaskanın energetika, əlvan metallurgiya və dağ-mədən sənayesindəki aktivlərinə nəzarət edir. Maraqlı məqam odur ki, bu şirkətin direktorlar şurasına 2010-2013-cü illərdə Nataniel Filip Rotşild rəhbərlik edib.

Deripaska bir müddət əvvəl ABŞ sanksiyalarına məruz qalıb. Milyarder bu sanksiyalara görə böyük itkilərlə üzləşib.