Rus müğənni Qorbaçova mahnı oxumaqdan İMTİNA ETDİ

Rusiyalı müğənni Yuri Loza News.ru saytına müsahibəsində SSRİ-nin eks-prezidenti Mixail Qorbaçovun ölümündən danışıb.

Gununsesi.info-nun xəbərinə görə, musiqiçi bildirib ki, Qorbaçova bir bəstə də həsr etməyəcək.

HTML tutorial

“O, axmaq idi. Və belə qabiliyyətlərə malik olan axmaq bir insan fəlakətdir” – deyə Loza vurğulayıb.

Sənətçinin sözlərinə görə, siyasətçi “Rusiyaya ziyan vurub”. Loza onu da əlavə edib ki, Qorbaçov bir neçə islahatlar həyata keçirsə də, onların nəticələri ilə maraqlanmayıb.

Xatırladaq ki, SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov avqustun 30-da ölüb. Mixail Qorbaçov SSRİ konstitusiyasının 119-cu və Azərbaycan konstitusiyasının 71-ci maddəsini kobud şəkildə pozaraq fövqəladə vəziyyətin tətbiq edilməsi və hərbçilərin Bakıya yeridilməsi ilə bağlı qanunsuz fərman vermişdi. O, Azərbaycanda 1990-cı il 20 Yanvar faciəsinin əsas təşkilatçısı idi.

Gununsesi.info