Rus nazir: “Erməni rəsmilər gərginlik yaradan bəyanatlar verməməlidir”

  • By admin
  • 18 Yanvar 2021 18:15

“Erməni rəsmilərinin Qarabağdakı siyasiləşmiş bəyanatları gərginlik yaradır. Məncə, bundan çəkinmək daha yaxşı olardı”.

Gununsesi.org “Report” a istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Biz artıq 44 günlük müharibədən öncə Qarabağdan və ya Qarabağla bağlı verilən bəyanatlara şahid olmuşuq: “Yeni müharibə – yeni ərazilər” (Ermənistan keçmiş müdafiə naziri David Tonoyanın sözlərini nəzərdə tutulur – “Report”). Sözlə material gücə çevrilir. Bu sözlər neqativ material gücə çevriliblər”, – XİN başçısı vurğulayıb.

Gununsesi.org