
“Rusiya hərbçiləri Rusiya xalqı, ölkənin təhlükəsizliyi üçün döyüşür”
Gununsesi.info xəbər verir ki, bu sözləri TŞ-nin toplantısında Rusiya lideri Vladimir Putin deyib.
“Bizim əsgər və zabitlər mülki əhali arasında itkilər olmaması üçün çalışır. Və təəssüf ki, özləri itki verirlər. Bizim vəzifəmiz Vətənin təhlükəsizliyi, xalqımız üçün döyüşərək həlak olan və yaralanan hərbçi yoldaşların ailələrinə dəstək verməkdir. Rus xalqı naminə!” – Putin bildirib.
Putin, həmçinin rus xalqının öz silahlı qüvvələri ilə qürur duyduğunu vurğulayıb.
Gununsesi.info