Rus ordusu Ukraynanın ikinci ən böyük nüvə obyektinə yaxınlaşır

  • By admin
  • 05 Mart 2022 09:45

Rusiya qoşunları Ukraynanın ikinci ən böyük nüvə obyektinə yaxınlaşır.

Gununsesi.info-nun məlumatına görə, CNN xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki nümayəndəsi Linda Tomas-Qrinfild deyib.

“Rusiya qüvvələri hazırda 20 mil uzaqdadır və Ukraynanın ikinci ən böyük nüvə obyektinə yaxınlaşır”, – o, stansiyanın adını çəkmədən deyib.

Energoatom-un məlumatına görə, enerji istehsalı baxımından Ukraynanın ikinci ən böyük nüvə obyekti Ukraynanın cənubundakı Nikolayev vilayətindəki Cənubi Ukrayna Atom Elektrik Stansiyasıdır.

“Beynəlxalq ictimaiyyət Rusiya qüvvələrinin təhlükəli hücumunu dayandırmasını tələb etməkdə yekdil olmalıdır. Və dediyim kimi, Ukrayna xalqı bizə arxalanır və biz onları ruhdan salmamalıyıq” – Linda Tomas-Qrinfild dedi.

Xatırladaq ki, cümə günü Ukrayna prezidenti Vladimir Zelenski Rusiya qoşunlarının Ukraynanın cənubundakı atom elektrik stansiyasına hücumundan sonra Rusiyanı “nüvə terroru”nda ittiham etmişdi.

Gununsesi.info