Rus ordusunun Şimali Qafqazdakı təlimləri bölgədə sülhə xidmət etmir- Nazir

  • By admin
  • 24 Avqust 2016 17:41
qafqaz
Gürcüstan Rusiyanın Şimali Qafqazda  genişmiqyaslı hərbi təlimlər keçriməsindən ciddi narahatçılıq keçirdiyini  bildirib və bununla bağlı rəsmi Moskvaya etiraz edib.
Gununsesi. info “İnterfax”-a istinadən xəbər verir ki,  bu barədə Gürcüstanın xarici işlər naziri Mixail Canelidze  jurnalistlərə açıqlamasında deyib. Gürcü nazir deyib ki, Rus ordusunun Şimali Qafqazda genişmiqyasl hərbi təlimlər keçirməsi  bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət etmir.
“Biz mütəmadi olaraq  tərədaşlarımızı və beynəlxalq təşkilatları  bölgənin sabitltiyinə təhdid – təhlükə yarada biləcək hadisələr barədə  məlumatlandırırıq. Biz Rusiyanın bölgədə aktivliyini müşahidə edirik”- deyə,  nazir vurğulayıb.
Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsi Şimali Qafqazın 18 təlim mərkəzində 11 hərbçinin və 2,2 min hərbi texnikanın, həmçinin, “İsgəndər-M” traket kompleksinin  iştirakı ilə genişmiqyaslı hərbi təlimlərə başladığı barədə məlumat yayıb.
Bu  təlimlər sentyabrın 16-dək davam edəcək və təlimlər eyni zamanda, Cənubi Osetiya və Abxaziya ərazisindəki Rusiya hərbi bazalarında keçirilməsi nəzərdə tutulur.
Gununsesi.info