Rus pilotu öldürən Alparslan Çelik yenidən istintaqa cəlb edildi

  • By admin
  • 27 İyun 2016 17:04

скачанные файлы

 

HTML tutorial

Rus qırıcı təyyarəsinin pilotunu vurmaqda ittiham olunan Alparslan Çelik istintaqa cəlb edildi. 2015-ci ilin noyabrında Suriyada Rusiyaya məxsus qərıcı təyyarənin pilotunu öldürməkdə təqsirli bilinən Alparslan Çelik barəsində seçilən sərbəst buraxılma qərarı ləğv edilib və onun barəsində azad hərəkətinə məhdudiyyət tətbiq edilib. Onlara ölkədən çıxmaq qadağan olunub və onlardan bununla bağlı iltizam alınıb. Gununsesi.info türk mediasına istinadən xəbər verir ki, bu barədə Terror və terrorçuluqda ittiham olunan Büronun Dövlət prokuroru Berkant Karakaya məlumat verib.

Onun sözlərinə görə, yeni iddia və dəlillər ortaya çıxdığından, əvvəllər A. Çelik barəsində sərbəst buraxma barədə qərarı dəyişib və yenidən dinləmələrə başlanılıb. Prokuror yeni dəlillər arasında Alparslan Çelikin rus pilotuna açdığı atəş açma görüntülərinin olduğunu bildirib.

Qeyd edək ki, A. Çelik 16 nəfərlə birlikdə martın 31-də İzmirin Qarabağlar bölgəsində restoranda həbs ediliblər.