
2015-ci il noyabrın 24-də rus pilotu öldürülməsi məsuliyyətini üzərinə götürən Alparslan Çelik azadlıqdan məhrum edilib.
Gununsesi.info “RİA-Novosti”yə istinadən xəbər verir ki, rus pilotu Oleq Peşkovu öldürməsi ilə bağlı məsuliyyəti öz üzərinə götürən Türkiyə vətəndaşı Alparslan Çelik Türkiyə məhkəməsi tərəfindən 5 il azadlıqdan məhrum edilib.
Bu barədə onun vəkili Murat Üstündağ məlumat verib. Onun sözlərinə görə, A.Çelik üzərində qanunsuz silah gəzdirdiyinə görə azadlıqdan məhrum edilib.
Vəkil bildirib ki, məhkəmə Şelikin rus pilotu Peşkovun ölümündə təqsirli bilinməsi məsələsinə baxmayıb: “Hazırda bu məsələ ətrafında araşdırma davam edir”.
Qeyd edək ki, 2015-ci ilin noybarın 24-də Rusiyaya məxsus Su-24 qırıcısı Suriya ərazisindən Türkiyənin hava məkanını pozduğuna görə türk qırıcı təyyarəsi F-16 tərəfindən vurulub. Rus təyyarəsi vurulsa da pilot katapult edib. Ancaq pilot bu dəfə də canını qurtara bilməyib. Belə ki, özünü katapulet edən rus pilot Olek Peşkov hərbçilər tərəfindən öldürülüb. Onun öldürülməsini Türkiyə vətəndaşı olan Alparslan Çelik öz üzərinə götürüb. Düzdür, sonradan o, bu faktı inkar edib.
Gununsesi.info