Rus professor bu ölkəyə casusluq edirmiş

  • By admin
  • 01 İyul 2022 14:15

Novosibirsk şəhərinin Sovet Rayon Məhkəməsinin qərarı ilə dövlətə xəyanətdə şübhəli bilinərək həbs olunan Novosibirsk Dövlət Universitetinin kvant optik texnologiyaları laboratoriyasının rəhbəri Dmitri Kolker Çinin kəşfiyyat orqanları ilə əməkdaşlıqda ittiham olunur.

Gununsesi.info xəbər verir ki, bu barədə alimin yaxınları bildiriblər.

Alimin oğlu Maksim sosial şəbəkədə yazıb ki, atası Çində keçirilən beynəlxalq konfrans zamanı tələbələrə mühazirə oxuyub, onun hər mühazirədən əvvəl təqdimatları isə Federal Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən yoxlanılıb. “Hazırda atam Moskvadakı Lefortovo istintaq təcridxanasına köçürülüb” – deyə Kolkerin oğlu əlavə edib.

Rusiyalı alim avqustun 29-dək həbsdə olacaq. Oğlu Maksimin verdiyi məlumata görə, Kolker xəstəxanada olarkən FTX tərəfindən saxlanılıb. Kolkerin qızı Alina Mironovanın sözlərinə görə, o, xərçəngin dördüncü mərhələsinə görə orada müalicə alırdı.

Qeyd edək ki, Dmitri Kolıker həm də Novosibirsk Dövlət Texniki Universitetinin professorudur.