
Türkiyədə rus əsilli Olqa Titova İslamı qəbul edib. Gununsesi.info xəbər verir ki, qadın bu addımı ailə həyatı qurmaq üçün atıb. Kütahya şəhərinin Hisarcıq kəndində qeydə alınan bu hadisə zamanı cütlüklər – 38 yaşlı Olqa və Arif Sami ailə həyatı qurmağa qərar verib. Alaniya şəhərində tanış olan sevgililər evlənmək üşün kəbin kəsdirərək birlikdə gələcək həyatlarının təməlini qoyublar. İslam adəti ilə kəbinkəsmə mərasimində rus qadın Olqa adını dəyişdirərək Oya adını alıb. Oya mərasimdə həm də kəlmeyi-şəhadət gətirib.
Rus qadın İslamı qəbul etdiyi üçün xoşbəxt olduğunu dilə gətirib. “Sevgilimlə ailə quraraq İslamı araşdırdım və müsəlman olmağa qərar verdim. Müsəlmanlığın bütün şərtlərini öyrənməliyəm. Bu işdə mənə həyat yoldaşımın və yaxınlarının yardımçı olacağına əminəm”.
Həmin anları sizə təqdim edirik:
Arzu
Gununsesi.info