
Gürcüstan hökumətinin yerli və beynəlxalq çağırışlara baxmayaraq “Xarici agent haqqında” qanunu qəbul etməsi bu ölkədə ciddi etirazlara səbəb olub.
On minlərlə insanın parlament qarşısında davmlı aksiyalarına Gürcüstanın ali təhsil ocaqları da qoşulub.
Gununsesi.info xəbər verir ki, Tbilisi Dövlət Universitetinin tələbələri bugündən etibarən dərsə girməyəcəklər.
Artıq onlar baykot elan ediblər.
Tələbələr öz müəllimlərini və digər universitetlərdən olan tələbələri də tətilə qoşulmağa çağırırlar.
Onlara artıq Şota Rustaveli adına Batumi Dövlət Universitetinin tələbələri, Qriqol Robakidze Universiteti (GRU) , Qafqaz Universitetinin tələbə hərəkatı, GIPA Universiteti Tələbə Hərəkatı qoşulub.
Şəbnəm
Gununsesi.info