Rusiyanın Hərbi Hava Qüvvələri Ermənistanda taktiki hava təlimlərinə start verib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiyanın Cənub Hərbi Regionuna tərkibində dördüncü nəsil “MİG-29” hücum təyyarələri, eləcə də “Mi-24P” və “Mi-8MT” helekopterləri Rusiyanın Ermənistandakı Erebuni hava bazasında təlimlərdə iştirak edir. Qeyd edək ki, Erebuni hava bazası Rusiyanın Ermənistandakı hərbi bazalarından biri hesab olunur.
Bu baza 1995-ci ildə iki ölkə arasında imzalanan müqaviləyə əsasən yaradılıb. 2010-cü ildə müqaviləyə edilən dəyişikliyə əsasən, Rusiyanın Ermənistanda hərbi qüvvə saxlama hüququ 25 ildən 49 ilədək artırılıb. Bu da Rusiyanın 2044-cü ilədək Ermənistanda hərbi qüvvə saxlamasına şərait yaradacaq.
Anar
Gununsesi.info