Rus qoşunları bu kəndi tam ələ keçirdilər

Rus qoşunları “Donetsk Xalq Respublikası”nda Andreyevka kəndini tamamilə ələ keçiriblər.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

HTML tutorial

“Rusiya qoşunlarının hücum hərəkətləri nəticəsində Donetsk Xalq Respublikasının Andreyevka qəsəbəsi Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən tamamilə azad edilib”, – deyə Rusiya MN bildirib.

Bundan əvvəl “Donetsk Xalq Respublikası”nın rəhbəri vəzifəsini icra edən Denis Puşilin rus qoşunlarının demək olar ki, bütün təmas xətti boyunca irəlilədiyini açıqlamışdı.

Gununsesi.info